Ən çox korrupsiya əməli hansı sahələrdə baş verib?

"Bank sahəsində 32 şəxs barəsində 19 cinayəti işi istintaq edilərək məhkəmələrə göndərilib". "Olaylar" xəbər verir ki, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında bildirib. K.Əliyev deyib ki, Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb. Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb: "İdarə rəisi deyib ki, bunla yanaşı, təhsil sahəsində 12 şəxs barəsində 10 cinayət işi, tikinti sahəsində 5 şəxs barəsində 4 cinayət işi, Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin 5 əməkdaşı barədə 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi açılıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR