Xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilib

Bakı şəhəri Balaxanı İdman Kompleksində, Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib. Federasiyadan "OLAYLAR"-a bildirilib ki, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tədbirdə çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub.

Turnirdə ölkəmizin şəhər və rayonlarından ümumilikdə 11 komandadan 156 idmançı iştirak edib. Yarış Alpaqut Turan döyüş sənətinin qaydalarına uyğun olaraq üç sistem üzrə - Aypara "A", Batur "B" və Caymaz "C" sistemləri üzrə keçirilib. Komandalardan Aypara sistemi üzrə Ağdam filialı 1-ci, Batur sistemi üzrə Laçın filialı, Caymaz sistemi üzrə isə Qarabağ filialı 1-ci yerləri qazanıblar. Turnirin sonunda qaliblər mükafatlandırılıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR