Silahlı Qüvvələrdə Şah İsmayıl Xətainin 530 illiyi qeyd edilir 

Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gəncə qarnizonundakı hərbi hissələrdən birində keçirilən "Ulu şahım, qılıncına söykənim!" adlı vətənpərvərlik tədbiri başlamazdan öncə qonaqlar və şəxsi heyət Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi Azərbaycan tarixində mövcud olan dövlətlərin bayraqlarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Eldənizlər, Cəlairlər dövlətlərinin, İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-in bayraqları nümayiş etdirilib, hər bir bayrağın rəngi və simvolları barədə ətraflı məlumat verilib. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani Şah İsmayıl Xətainin 36 illik ömür yolundan, onun Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Elm, mədəniyyət xadimlərinin Şah İsmayıl Xətai haqqında fikirləri səsləndirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR