Sensasion açıqlama: “"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı...”

"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı və yenisi çəkilməlidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Araz Aslanlı çıxış edib. O, bildirib ki, filmdə bir neçə məqam problemlidir: "Film Bayındır xanın biyabırçı yanaşmasıyla başlayır: "Oğlu olanı ağ çadırda, qızı olanı qızıl çadırda, övladı olmayanı isə qara çadırda" oturdun: "Oğlun-qızın yoxdur, səni tanrı qarğıyıb, biz də qarğarıq" anlayışı nə deməkdir. Belə məlum olur ki, düşmənçiliyi xan salır, günah isə qalır Aruzun üstündə. Təbii ki, dastanda buna bənzər məqamlar ola bilər. Amma axı bu film cəmiyyətimizdəki anormal bir yanaşmanın canlı qalmasına kömək edir. Oğlu olmamaq ya da ümumiyyətlə övladı olmamaq niyə ayıb olsun ki. Axı hər şey insanların öz əlində deyil. Hətta öz əlində belə olsa bu yanaşma ayıbdır. İkincisi, filmdə Qıpçaqların təqdim olunma forması faciəlidir. Halbuki Qıpçaqlar da bizim soydaşlarımızdır. Əsasən qərbi Türküstanda (Orta Asiyada) yaşayırlar. Amma dünyanın digər yerlərində, eləcə də Azərbaycanda da xeyli Qıpçaq var. Filmdə onlar niyə bu qədər eybəcər formada göstərilir, aydın deyil".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR