"Benzinin bahalaşması reallıqdan doğan bir addımdır"

"Aİ-92 markalı benzinin qiymətinin artırılmasının əsas səbəbində xarici amillər dayanır. Belə ki, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutası dəyərdən düşdü və dolların məzənnəsi qalxdı. Dolların məzənnəsinin qalxması heç şübhəsiz ki, neft sahəsinə də təsir etdi. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının böyük hissəsini neft sektoru təşkil edir və biz xarici bazarlara daha keyfiyyətli neft məhsulları çıxartmalıyıq, eyni zamanda avrostandartlara qoşulduğumuza görə istehsal etdiyimiz, o cümlədən daxildə istehlak etdiyimiz benzinin keyfiyyəti həmin tələblərə uyğun olmalıdır. Bu tələblərə cavab verməkdən ötrü təbii ki, biz öz neft emalı sənayemizi modernləşdirməliyik ki, bu da benzinin qiymətinin qaldırılmasını şərtləndirirdi". Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Deputat qeyd edib ki, benzinin qiymətinin artırılması reallıqdan doğan bir addımdır: "Lakin benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək. Şübhəsiz ki, istənilən qiymət artımı müəyyən dövrdə insanlar üçün psixoloji gərginlik yarada bilər. Amma əhalinin sosial müdafiəsi daim Azərbaycan dövlətinin, cənab Prezidentin diqqət mərkəzindədir. Digər tərəfdən də biz bir cəmiyyət olaraq qənaət etməyə öyrənməliyik. Məsələn, Avropa ölkələrində bizdəki qədər iri yanacaq tutumu olan maşınlara nadir hallarda rast gəlmək olar".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR