Kürdə batan polislərdən birinin meyiti tapıldı YENİLƏNDİ

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.

Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

***

Ağstafa rayonunda 2 polis çavuşunun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bu gün peşə bayramlarını qeyd edən 1993-cü il təvəllüdlü Qazax rayon sakini Arif Cavad oğlu Novruzov və 1991-ci il təvəllüdlü Ağstafa rayon sakini Şahlar Ramiz oğlu Mamayev Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində çimərkən batıblar. Onlar çayın axınına düşüblər.

Hər iki polis Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları olublar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışına başlanılıb.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR