Gününü kompüterin qarşısında keçirənlərdə ürək tutması və insult ehtimalı 113 faiz artır

Yeni tədqiqatın nəticələrinə əsasən, gündə ekran qarşısında dörd saatdan çox vaxt keçirən televiziya tamaşaçıları və fərdi kompyuter istifadəçiləri həyatlarını sözün əsl mənasında təhlükə qarşısına qoyurlar.

Saatlarla teleekranın və monitorun qarşısından çəkilməyən insanlarda ürək tutması və ya insult ehtimalı 113 faiz, müxtəlif səbəblərə görə ölüm riski demək olar 50 faiz artır. Alimlər müqayisə üçün televizora və kompyuterə gündə iki saatdan az baxan insanlara dair statistik məlumatları da gətirmişlər.

Lakin tədqiqat müəlliflərinin fikrincə, ciddi xəstəlikləri bəlkə də ekran qarşısında davamlı vaxt keçirmək deyil, bütövlükdə qeyri-sağlam həyat tərzi, o cümlədən zəif fiziki fəallıq, düzgün olmayan qeyri-müntəzəm qidalanma və başqa səbəblər yaradır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR