Xanımların diqqətinə: Süfrəni qurmaq bir sənətdir!

Yemək bişirmək necə bir sənətdirsə,yeməyi bəzəyib süfrəyə gətirmək də elə bir sənətdir. Yeməyiniz nə qədər gözəl olusa olsun, əgər Siz süfrə qaydalarını bilmirsinizsə, bu gələn qonaqları da, elə Sizi də yoracaqdır. Əgər yaxşı bir qonaqlıq vermək planınız varsa, çağıracağınız qonaqların sağlıq vəziyyətlərini, yaşlarını və s.bütün detayları nəzərə almalı olacaqsınız.

Mütəxəssislərin fikrincə yeməkləri hazırlarkən həzmi daha asan və 2 eyni çeşiddə olmayan (məsələn,2 tomatlı yemək bir arada olmasın) yeməklər daha yaxşı olacaqdır.

Masanın üzərinə qoyulan şamdanlar və çiçəklər kimi aksesuarlar elə yerləşdirilməlidir ki, qonaqların bir-birlərini görməsini əngəlləməsin. 

Duz və istiot qabları tort üçün olan çəngəl-bıçaqların arxasında, lakin süfrınin orta hissısinə yaxın yerdə olmalıdır.

Xardal, ketçap, mayonez kimi dadlandırıcılar süfrəyə yeməklə bərabər gətirilməlidir.

Əllə yeyilən yemək olacaqsa, yanında mütləq çox az sabunlu və yüngül qoxulu əl bezi verilməlidir.

Sümük və balıq qılcıqlarını qoymaq üşün ayrılmış qablar, mütəxəssislərin fikrincə yan-yana oturan iki nəfərin arasındakı boşluq hissəyə qoyulur.

Qonaqların rahat yemək yemələri üçün hər qonağa 60 sm yer olmalıdır.

Əlsilənlər(salfetka) süfrıdı mümkün qədər sadə şəkildə qoyulur, şəkil verərək qatlamaq doğru deyildir.

Bulaşmış qablar sağdan alınır və yeniləri yenə də sağdan qoyulur,sadəcə çörək və salat qabı soldan alınır və soldan qoyulur.

Qarnitür və soslar ayrıca verildiyi üçün soldan qoyulur.

Qaydaya görə çox nəfərli ziyafət süfrəsində əllə yeyilən və sarımsaqlı yeməklər verilməz.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR