BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası keçirilib

Nyu - York şəhərində "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası"nın iştirakçı dövlətlərinin 27 - ci iclası keçirilib. "OLAYLAR"-ın Dövlət Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, sessiyada DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçilib, xarici auditorun 2015 - 2016 cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015 - 2016 cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinlənilib, rəsmi sənədlərə dair BMT - nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26 - cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşklatların siyahısı, BMT - nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası"nın bir sıra iştirakçı dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR