Azərbaycanlı alim ABŞ – da tətqiqat aparacaq 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi "Fulbrayt" Elmi-Tədqiqat Proqramının qalibi olub.

Akademiyadan "Olaylar" - a bildirilib ki, S.Şərifova sözügedən proqram çərçivəsində 4 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində (Davis) "Solanum chilense növündə transkriptomun RNT-nin sekvenslənməsi ilə tədqiqi" mövzusunda tədqiqat işi aparacaq. Tədqiqat işinin əsas məqsədi bitkilərdə normal və stress şəraitində fərqli ekspressiya olunan genlərin müəyyənləşdirilməsi və stress zamanı alternativ splaysinqin rolunun araşdırılmasıdır. Qeyd edək ki, tədqiqat işi universitetin professoru Neelima Sinhanın rəhbərliyi ilə aparılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR