“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilib.Universitetdən "Olaylar" - a bildirilib ki,  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı"na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirilir.

Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib.

Sonra DİM-in Hüquqi təminat və və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov "Dövlət qulluğuna qəbulun Azərbaycan modeli" mövzusunda təqdimatla çıxış edib. DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov "Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf" təlim xarakterli təqdimatında peşə seçimində fərdin arzuları, dəyərlər və motivasiyanın rolunun önəmini vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR