ƏMDK ilə VXSİDA arasında memorandum imzalanacaq

İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcəkdir. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  İnam Kərimov iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalayacaqlar. Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla bağlı infotur təqdim ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR