Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolundan danışılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva Mərkəzi Asiya üçün BMT-nin Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin və BMT Qadınlar təşkilatının birgə təşkilatçılığı ilə "Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolu" mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün Qazaxıstana səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, mərkəzin direktor müavini konfransda çıxış edəcək.

Tədbirdə Mərkəzi Asiya ölkələrinin Strateji Araşdırmalar İnstitutlarının, müvafiq dövlət qurumlarının və eləcə də digər ölkələrin, regional təşkilatlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı gözlənilir.

Seminarda SAM - ın direktor müavini Gülşən Paşayeva "Davamlı sülh və təhlükəsizlik konteksində qadınların və gənclərin rolu" mövzusunda çıxış edəcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR