Yavər Camalov Belarus səfirini qəbul edib

İyunun 19-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR