“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan  "İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili" mövzusunda layihəyənin icrası uğurla başa çatıb. İctiami Birlikdən "Olaylar"a verilən məlumatda  qeyd olunur ki, aprel ayından   icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və  Astara  rayonlarının  seçilmiş məktəblərində  iki mərhələdə həyata keçirilib.  Layinənin birinci mərhələsi  çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta  məktəbinin  yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub. Tədbirlərdə çıxış edən natiqlər müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər.  Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik  vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə  onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki,  bu sahədə  təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük  rolu vardır.  Hər iki  məktəbdə təşkil olunan seminarlarda fəal iştirak edən məktəblilərdən ibarət qruplar yaradılıb və onlar layihənin ikinci mərhələsindəndə iştirak etmək üçün seçiliblər. Layihənin ikinci mərhələsi -məktəblilərin yürüşü  Lənkəran-Astara mağistral avtomobil yoiunun kənarında  gerçəkləşib.  Əyinlərində üzərində  "Narkotiklərə YOX!"  yazısı olan mayka və papaq geymiş, əllərində  "Gənclər narkotiklərə YOX deyirlər!" plakatı və  dövlət bayraqlarını tutmuş gənclər yol boyu yürüş edərək, "Narkotiklərə YOX deyirik!", "Biz sağlam həyat tərzin seçirik!"  və s. şüarlar səsləndirməklə daha çox insanın diqqətini  əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı birgə mübarizəyə çəkməyə çalışıblar. Məktəblilərin yürüşü  yol bolu hərəkət edən avtomobil sürücüləri, eləcə də ətraf kəndlərin sakinləri tərəfindən maraqla qarşılanıb. Yürüşü seyr edən vətəndaşlar gənclərlə həmrəy olduqlarını ifadə ediblər. Eyni zamanda  məktəblilər onlara  narkotiklərlə mübarizəyə dair məlumat xarakterli materiallar da  paylayıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR