Banklar əhali ilə münasibətlərini dəyişməlidir

Vahid Əhmədov: "Elə bir şərait yaradılmalıdır ki, əhali əmanətini yastığının altında saxlamasın"

Dünyada baş verən iqtisadi geriləmənin təsiri nəticəsində ölkənin kredit sistemində yaranan problemin həlli məqsədilə qanunvericilik aktlarında xeyli sayda dəyişiklik edilib. Xüsusən, "Banklar haqqında" qanunda xeyli sayda dəyişiklik edilib ki, bununla da pul-kredit siyasətinin və manatın məzənnəsinin qorunub saxlanması mümkün olub. Ancaq məsələ orasındadır ki, qanunvericilikdəki dəyişikliklər müzakirələrə səbəb olub ki, müəyyən edilən yeniliklər daha çox kimin mənafeyinə uyğundur: bankların, yoxsa vətəndaşların? Xatırladaq ki, bir müddət öncə "Banklar haqqında" qanuna edilən dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi, "körpü bank"ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, istənilən halda problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. Hazırda bu sahəni tənzimləyən cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə də qanunvericilikdə yeniliyə ehtiyac var idi. Təklif olunan alətlərdən biri bankın öhdəliklərinin könüllü restrukturizasiyasıdır. Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur. Bundan başqa, qanun bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi və "körpü bank"ın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir.  Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala transformasiya edilməsi, səhmlərin icbari satılması, bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv və öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrütla əks edilib. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Həmçinin, qanundaməsuliyyətlə bağlı dəyişiklik edilir. Bank səhmdarlarının, idarəçilərinin, idarə edilməsində iştirak etmiş inzibatçıların ödəmə qabiliyyətini itirmiş bankın zərərini öz əmlakı ilə ödəmək şərtini müəyyən olunur. Bank müflis olursa, ödəmə qabiliyyətini itirirsə, sağlamlaşdırılması zamanı bank səhmdarlarının (söhbət iri səhmdarlardan gedir), bank rəhbərliyinin, idarəçilərin təkcə bankdakı deyil, mülkiyyətindəki əmlak zərərin ödənilməsi üçün istifadə olunacaq. Maraqlıdır, bəs banklarla bağlı qəbul edilən qanunlar vətəndaşları qane edirmi?

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, banklarla bağlı problemlər hər zaman olub və indi də var: "Son zamanlar bu problemlər daha da aktuallaşıb. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev bank isteminin sağlamlaşdırılması ilə əlaqədar müəyyən addımların atılması üçün göstərişlər verib.  Düzdür, Azərbaycanda gedən iki devalivasiya da bank sisteminə ziyan vurub.  Mən deyərdim ki, banklar da 2016-2017-ci illərdə ziyanla işləməli olublar. Bütün bunları aradan qaldırmaq üçün prezident İlham Əliyev Mərkəzi Bankın bəzi səlahiyyətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasına verib. Palata bank sisteminin diqanosytikasını aparır. Bütün bunları nəzərə alaraq, həmin qanunlara dəyişiklik edilib ki, bank sistemi sağlamlaşdırılsın".V.Əhmədov hələ də bank sistemidnə olan vəziyyətin ürəkaçan olmadığını deyib. Onun sözlərinə görə, əhali banklara deyil, banklar əhaliyə yalvarmalıdır: "Hələ də bu sahədə problemlər qalmaqdadır. Mənə elə gəlir ki, qısa müddətdə olmasa da, müəyyən müddətə Azərbaycanda bank sistemi sağlam fəaliyyət göstərəcək. Çünki gedən işlər, atılan addımlar onu göstərir. Bankların əsas fəaliyyəti əhali ilədir. Əhali ilə ona münasibəti normal vəziyyətə salmaq üçün bank sisteminin özü də çox geniş çalışmalıdır. Əhali yerli banklara yalvarıb kredit almamalıdır. Əksinə banklar əhaliyə müraciət etməli, əhali ilə münasibətlərini dəyişməlidir. Banklar elə bir şərait yaratmalıdır ki, əhali əmanətini yastığının altında saxıamasın. Aparıb banklara qoysun". Deputat parlamentin banklarla bağlı qəbul etdiyi qanunları əhalinin maraqlarına cavab verdiyini bildirib: "Qəbul edilən və va dəyişiklik olunan qanunlar bank isteminin sağlamlaşdırılmasına yönəlib.  Həm də bu qanunlar fiziki və hüquqi şəxsləri bank sistemindən əziyyət çəkənləri  stabil vəziyyətə gətirib çıxarmağa yönəlib".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR