Müşfiq Ələsgərli “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı

"2012-ci ildə Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsindən başlayaraq, Azərbaycan demək olar ki, hər il hansısa beynəlxalq yarışmaya ev sahibliyi edir". Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ölkəmizin I Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, Azərbaycanın dünyada nüfuzunu 1-ə 10 qat artırdı: "Bu, təkcə idman yarışları deyil. Bu yarışların Bakıda təhlükəsiz formada, uğurla keçirilmələri göstərdi ki, Azərbaycan müxtəlif sivilizasiyalar, din daşıyıcıları, müxtəlif mədəniyyətlər üçün açıq, tolerant bir ölkədir. Artıq beynəlxalq təşkilatlar ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığını dəyərləndirirlər. Bu baxımdan Azərbaycanın paytaxtı beynəlxalq tədbirlərin silsilə keçirildiyi bir məkana çevrilib. Keçirilən yarışlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına, təbliğ olunmasına ciddi töhvələr verir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR