İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-u axşam saatlarına qədər paytaxtın bir neçə ünvanına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, məhdudiyyətlə Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrində olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR