5 ayda QDM 1 faiz azalıb

2017-ci ilin yanvar-may aylarında 25338,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az ümumi daxili məhsul istehsal edilib. Bu barədə "Olaylar"a məlumat Dövlət Statistika Komitəsindən verilib. Məlumatda bildirilir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 58,9 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR