Gənclər Təşkilatları Milli Şurası hesabat verdi

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, Məclisin geditaşında Gənclər Təşkilatları Milli Şurasının katibliyi adından Pərvin Qasımov Milli Şuranın 2017-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətlərinin hesabatını verib. Məclis Gənclər Təşkilatları Milli Şurasının 2017-ci il üzrə növbəti aylar üçün nəzərdə tutduğu fəaliyyət planının müzakirəsi ilə başa çatıb. Milli Şuranın sədri Seymur Hüseynov qeyd deyib ki, Milli Şuranın məqsədi gənclər təşkilatlarının fəaliyyətlərini genişləndirmək, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaqdır. Həmçinin regionlarda və kəndlərdə yaşayan gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarını artırmaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR