Gəncədə kitabsevərlər və gənc yazıçılar ilə görüş

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla "Sözün gücü" mövzusunda görüş təşkil edilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Metodiki Mərkəzin 2017-ci ilin iş planına əsasən keçirilmiş tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədi ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Bəxtiyar Muradovun, Yazıçılar Birliyinin üzvü, tərcüməçi-şairə Nailə Bənnayevanın, Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının şöbə redaktoru, yazıçı Vüsal Nurunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin, əməkdaşlar İradə Əlili, Nürəddin Babazadə və Pərvanə Hüseynovanın iştirakı ilə təşkil olunmuş tədbirdə həmin idarəyə tabe olan regional mədəniyyət və turizm mərkəzlərində çalışan gənc mədəniyyət işçiləri də iştirak ediblər. Bundan əlavə tədbirə Gəncə şəhərinin ziyalıları, şair və yazıçılar da iştirak ediblər. Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova gənc yazıçı və şairlər arasında debatların təşkil olunmasından danışaraq belə tədbirlərin əhəmiyyətini vurğuladı.

A.Usubəliyev qeyd etdi ki, müxtəlif tendensiyaların nəticəsində kitabxanalar real və potensial oxucularını itirmiş, bəzi kitabxanalar bağlanıb. Amma son vaxtlar bu sahəyə əhəmiyyətli dönüş hiss olunur, kitabxana işinin müasirləşdirilməsi prosesi ardıcıl şəkildə həyata keçirilir. Regionlarda kitabxanaların yeni və müasir binalara köçürülməsi gedən proseslərin bariz nümunəsidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR