Türk dillərinin müqayisəli lüğəti dərc edilib

Beynəlxalq Türk Akademiyası (TWESCO) Astanada görkəmli türkoloq alim, qədim və müasir Türk dilləri üzrə mütəxəssis Əmir Nacibin "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti. Qütbun "Xosrov və Şirin" əsəri əsasında" adlı 4 cildlik kitabının təqdimatını keçirib. "OLAYLAR" -ın xəbərinə görə, "Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində keçirilən mərasimdə aparıcı dövlət xadimləri və fikir öndərləri, diplomatlar, görkəmli türkoloq və ədəbiyyatçılar iştirak edib. Dünya türkologiya elmi üçün böyük dəyəri olan bu lüğət ilk dəfə olaraq tam yayımlanır. Çoxcildliyi tədbir iştirakçılarına Akademiya prezidenti Darxan Kıdırali təqdim edib. O bildirib ki, Əmir Nacib Qızıl Orda dövründə yaşamış Qütb adlı müəllifin "Xosrov və Şirin" adlı ədəbi əsərindəki 2500 sözü əhatə edən "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti" adlı 4 cildlik əsəri tamamlayaraq, hələ sağ ikən nəşr olunmaq üçün vermişdi. Təəssüf ki, bu əsərin ancaq birinci cildi 1979-cu ildə Moskvada nəşr olunub. Qalan cildləri isə yazıçı həyatda ikən çap edilməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR