Əhliman Əmiraslanov Süleyman Dəmirəlin xatirəsinə həsr olunan anım tədbirində

Türkiyənin görkəmli siyasi xadimi, Türkiyə Respublikasının 9-cu Prezidenti, AMEA-nın Fəxri üzvü Süleyman Dəmirəlin vəfatının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub. Görkəmli siyasi və dövlət xadiminin doğulduğu İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən tədbirdə ölkəmizi Milli Məclisin komitə sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev təmsil ediblər.

Akademiyadan"Olaylar"- abildirilibki, Anım mərasimində S.Dəmirəlin həyat və fəaliyyətindən, tarixi siyasi missiyasından, böyük quruculuq işlərindən, yüksək insani keyfiyyətlərindən danışılıb.

Akademik Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında S.Dəmirəlin xidmətlərindən, onun ulu öndər Heydər Əliyevlə səmimi dostluq münasibətlərinin xalqlarımız və ölkələrimiz arasındakı inkişafa təsirindən danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR