11 aylıq körpə ipdən sallanmış halda tapıldı

Göyçayda azyaşlı körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub. Çayarxı kənd bələdiyyəsindən lent.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Mahmudov Hüseyn Səbuhi oğlu 2016-cı il iyulun 13-də dünyaya gəlib. 11 aylıq imiş. Hüseyn evdə jalüz pərdəylə oynayarkən pərdə ipi onun boğazına dolanıb. Boğulma həddinə çatan körpəyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Hüseyn bu gün dəfn edilib. Göyçay rayon polis şöbəsindən lent.az-a verilən məlumata görə, hadisə baş verən an uşağın anası digər otaqda iş görürmüş. Körpə pəncərənin önündə stulun üstünə çıxıb. Stul aşan zaman uşaq yıxılıb və boğazı keçib jalüzün ipinə. Uşaq eləcə sallanmış vəziyyətdə qalıb.
 
O da bildirilib ki, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR