Akif Əlizadə kadr siyasətini gücləndirməyi tapşırdı

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirildi. Akademiyadan "Olaylar" - a bildirlib ki, tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru akademik Akif Əlizadə açaraq kadr çatışmazlığı ilə əlaqədar yaranmış ciddi problemlərə toxundu. Bildirdi ki, geologiya və geofizika sahələri üzrə hazırkı yaşlı alimləri əvəzləyəcək gənc kadrların azlığı müşahidə olunur. Problemi aradan qaldırmaq məqsədi ilə AMEA-da magistratura təhsili genişləndirilir, qəbulun sayı artırılır.

Akademik A.Əlizadə institutun Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvü, institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun AMEA-nın müxbir üzvü seçilmələri münasibəti ilə kollektiv adından təbrik etdi.

Təbriklərin ardınca D.Hüseynov iştirakçıları iclasın gündəliyindəki məsələlərlə tanış etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR