Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş konfrans

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, kitabxananın direktoru Leyla İmanova görkəmli alim, parlaq pedaqoq, kitabxana işinin əvəzsiz təşkiltçısı və fədaisi Razim Kazımovun tədbir iştirakçılarının və tədbirdə təmsil olunan bütün qurumların həyatında əhəmiyyətli iz qoyduğunu səsləndirdi. Tədbirin təşkil olunmasında MEK ilə yanaşı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tədbir zalında təşkil etdilən səyyar kitab sərgisi də  diqqət cəlb edib. BDU-nun Kitabxana-informasiya fakültəsinin tədbirin təşkil olunmasında fəal dəstəyini və Rasim Kazımovun ailəsinin alimin şəxsi arxiv sənədlərinin tədbirdə sərgilənmək üçün kitabxanaya təqdim etdiyini vurğulandı.

MEK-in Kitabxana-Xidmət şöbəsinin əməkdaşları "Rasim Kazımov - MEK-in təqdimatında" başlıqlı geniş məlumatlandırma ilə çıxış etdilər.

MEK-in Kitabxana-Xidmət şöbəsinin əməkdaşı Nərgiz Novruzova, şöbənin digər əməkdaşı Afət Məmmədova Rasim Kazımovun direktor təyin edildiyi dönəmdə Mərkəzi Elmi Kitabxanada aparılmış islahatlardan, Könül Abdullayeva Rasim Kazımovun təşəbbüsü ilə kitabxanaya gətirilən kolleksiyalar barədə, kitabxananın əməkdaşı Mahnur Həsənova isə Rasim Kazımovun şəxsi kolleksiyası barədə danışaraq, alimin vəfatından sonra 2008-ci ildə ailəsi tərəfindən MEK-ə hədiyyə edildiyini bildirdi. Kolleksiyaya 1954-2007-ci illərdə nəşr olunmuş 245 ədəbiyyat daxildir. Kolleksiya həm azərbaycan, həm də rus dillərində kitabxana işinin müxtəlif istiqamətlərini özündə əks etdirən ədəbiyyatlardan ibarətdir.

BDU Kitabxanasünaslıq-informasiya fakültəsinin professoru, əməkdar elm xadimi Abuzər Xələfov kitabxanaçılıq həyatında önəmli yeri olan insan haqqında konfrans keçirilməsinin böyük addım olduğunu dedi.

M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov R.Kazımovun çoxşaxəli fəaliyyəti olduğunu, harada çalışmağından asılı olmayaraq fədakarlıqla elmə xidmət etdiyini dedi.

BDU-in Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılov MEK-in geniş vüsət almış təqdimatlarını yüksək qiymətləndirərək, Rasim Kazımov kimi şəxsiyyətlərin tanıdılmasında önəmli yeri olduğunu dedi. BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanov Rasim Kazımovun tələbəsi olmaqdan, sonralar isə həmkarı və iş yoldaşı olaraq çalışmaqdan qurur duyduğunu dedi. BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirdi ki, tədris pedoqoji mühitinin, dərs vəsaitlərinin hazırlanmasında hələ də Rasim Kazımovun qoyduğu ənənələrdən istifadə olunur.

Sonda R.Kazımovun qızı Leyla İbrahimova atasının ailəsinin ziyalı genlərini daşıdığını, Abbasqulu ağa Bakıxanov, Səməd Mənsur kimi şəcərəyə dayandığını dedi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR