“Az-Granata” zavodunda “Kütləvi çıxrış” kampaniyası keçirilib

İş yerində təşkil olunan "Kütləvi çıxrış" kampaniyası 19 may tarixində Ağsu rayonunda yerləşən "Az-Granata" zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Bu sosial layihə işçilərə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına dair sənəd almaq üçün əlavə ünvanlara getməməsinə şərait yaradıb. Həmçinin bu, müəssisədə iş rejiminin pozulmamasına, heyyətin işdən uzunmüddətli ayrılmamasına imkan verir. Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçilərinə əmlaklarına dair hazır çıxarışlar birbaşa iş yerlərində təqdim edilib. Bu isə zavoda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan işləməyə gələn insanların əlavə məsafə qət etməsini aradan qaldırır, vaxtlarına qənaət etməyə imkan yaradır. Bu tədbirlərin keçirilməsində məqsəd əhalinin məmnunluq səviyyəsini artırılması, vətəndaşlara daha əlçatan və rahat şəraitdə ictimai xidmətlərin göstərilməsinə yönəldilib.  Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyat yanı torpaq sahələrini əhatə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR