Saqqızın insan orqanizminə öldürücü təsirləri

Günümüzdə küçədə, meydanda, ictimai nəqliyyatda, hətta iş yerlərində belə saqqız çeynəyən fərdlərə rast gəlmək mümkündür. Kimi bunu adət halı kimi dəyərləndirir, kimisi isə bekarçılıqdan yaranan zərurət kimi xarakterizə edir. Bir başqaları isə saqqızın ağızda təravətləndirici funksiya daşıdığını əsas gətirərək ondan istifadə etdiyini söyləyir. Amma əksəriyyət saqqızın insan orqanizmi üçün nə qədər təhlükəli olduğunun fərqində deyil. Məlumat üçün qeyd edək ki, saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Zamanında saqqız insan sağlamlığı, əsasən də diş sağlığı üçün faydalı vasitə hesab olunsa da, lakin günümüzdə bunu söyləmək bir qədər çətindir. Ümumiyyətlə, saqqızın yaranma və istifadə tarixi çox qədimlərə dayanır. Belə ki, qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilib. İlk olaraq 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra William Finely Semple tərəfindən alınıb. Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanıb. Günümüzdə isə artıq saqqız marketlərdəki vitrinlərin əvəzedilməzlərindən birinə çevrilib.

Son illərdə əksər yeyinti və ərzaq məhsulları kimi saqqızın da istehsalı, hazırlanmasında bir çox nöqsanlara yol verilir, onun tərkibinə müxtəlif kimyəvi qatqılar əlavə olunur ki, bu da insan orqanizminə mənfi təsir göstərir. Elə həkim, tibb məsələləri üzrə ekspert Füzuli Hüseynov da bu qənaətdədir. O, bildirib ki, günümüzdə saqqızın insan orqanizminə faydasından daha çox, ziyanı var və insan üçün müxtəlif xəstəliklərə səbəb olur: "Gözlərimizi açıb ətrafımıza diqqətlə baxaq, çarəsiz nə qədər xəstələr görərik və bu xəstəliklərin nə qədər cavan insanları yaxaladıqlarının şahidiyik. Diqqət edin nə qədər cavan insanlar bu gün xərçəngdir, bizim bəzən adi saydığımız yeyəcəklər, içəcəklər xərçəng mənbəyi olduğunu bilmirik və hər gün də istifadə edirik. Bu gün demək olar ki, cavan nəslin çox hissəsi saqqız çeynəyir və saqqızı adi, təhlükəsiz hesab edib ondan istifadə edir. Gəlin baxaq saqqız həqiqətən də ziyansızdırmı?". Füzuli Hüseynov saqqızın insan orqanizmi üçün zərərlərini sübuta yetirmək üçün onun hazırlanması zamanı istifadə edilən məhsullara diqqət çəkib: "Mən bizim hamımızın tanıdığı bir saqqızın tərkibini yazıram və tərkibindəki maddələrin bizə verdiyi ziyanları yazıram sonda özünüz nəticə çıxarın. Ancaq saqqızın adını antireklam olmaması üçün yazmıram. Həmin saqqızın tərkibinə qatılan məhsullar bunlardır. Sorbit E420 - süni şəkərdir, şəkərliliyi adi şəkərdən 200 dəfə güclüdür, bədən tərəfindən həzm olunmur, baş ağrıları, ishala meyillik, qaraciyər piylənməsi əmələ gətirir. Allergendir, şirinlik vermək üçün saqqızlara vurulur. İkincisi, rezin əsası - Hansı ki, bütün rezin olan əşyalar bu əsasdan əmələ gəlir. Mannitol - Beyinin aktiv fəaliyyətini aşağı salır, insanı sanki yuxuluq halında saxlayır. E950 (asesulfat kalium) - bu maddəni siçanlar üstündə sınaqdan keçirmişlər xərçəng əmələ gətirmişdir. Aspartam - Aspartamı saqqıza həm qar effekti vermək üçün, həm də şirinləşdirici kimi vururlar. 1976-cı ilədək həşəratları öldürmək üçün istifadə olunmuşdur, böyük firmalar pul gücünə əvvəlcə məşhur qazlı içkilərdə (bunu hamı tanıyır hansı içkilərdir), sonra isə demək olar hər yerdə istifadə etməyə başladılar". Füzuli Hüseynov deyib ki, sözügedən maddənin tərkibində çox təhlükəli olan tolol birləşmələri vardır, yaddaşsızlıq, hormonal pozğunluqlar, epilepsiya, qıcolmalar, parkinson, şəkər mübadilə pozulması,baş ağrıları və inanın hamısını yazmıram kimi təhlükəli xəstəliklər əmələ gətirir: "E321 - Motor yağlarının sürtgü yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. E322 Lesitin - bu isə geni dəyişilmiş, soyadan alınan bir maddədir, siçanlarda sonsuzluğa səbəb olmuşdur. Bəli, bunları oxuduqdan sonra bir daha düşünməyə dəyər ki, başdan-başa kimyəvi maddələr toplumu olan saqqız bizim həyatımız üçün nə qədər təhlükəliymiş". Ekspert əmin olduğunu bildirib ki, saqqızın tərkibinə qatılan və insan orqanizmi üçün zərərli olan maddələrlə tanış olduqdan sonra insanlar bundan uzaq duracaqlar.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR