Nərimanov rayonunda məşğulluq tədbiri keçirilib

Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən  "Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı" mövzusunda dəyirmi masa keçirilib. Dövlət Məşğulluq Xidmətindən "Olaylar"a verilən məlumata görə, rayon Məşğulluq Mərkəzinin sektor müdiri Elnur Abbaszadə bildirib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilməsi nəticəsində, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən boş iş yerlərində yerləşdirilməsi barəsində məlumat vermişdir. Bir neçə dövlət müəssisələri bu tapşırığın icrasında aktiv iştirak etmiş və qısa müddət ərzində Nərimanov rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında vətəndaşlar  münasib işlə təmin edilmişlər. Ümumilikdə 2017-ci ilin 4 ayı ərzində Məşğulluq Mərkəzinə  996 nəfər müraciət etmiş, onlardan 639 nəfəri işlə təmin edilmiş, 145 nəfərə isə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Həmçinin 114 nəfər Məşğulluq Mərkəzinin təşkil etdiyi peşə hazırlığı kurslarına cəlb edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR