Kişilər xəstəliyi niyə qadınlardan daha ağır keçirirlər?

Məlumdur ki, kişilər xəstəliyi qadınlara nisbətən daha ağır keçirirlər. Güclü cinsin təmsilçiləri ən yüngül xəstəliyin qarşısında belə zəifləyirlər. Bunun səbəbi heç də düşünüldüyü kimi kişilərin dözümsüzlüyündə deyilmiş. Alimlər bunu erkək siçovullar üzərində təcrübədən çıxarıblar. Belə qənaətə gəlinib ki, işin əsli immun sistemində imiş. Belə ki, kişilərin sinir ucluqları daha həssasdır, ona görə bu və ya digər patoloji hallar çox ağır keçir. Nəticədə orqanizmin ümumi vəziyyəti ürəkaçan olmur. Heç ümumi görüntü də xoşagələn deyil: dağ boyda kişinin adi qrip əlindən böyrü üstə yatağa yıxılması qəribə görünür.

Alimlər düşünürlər ki, kişi orqanizmi viruslara daha güclü cavab verdiyi üçün istənilən xəstəlik uzun və ağrılı keçir. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR