Rafael Hüseynov “Bir dünya rəssamı Rəis Rəsulzadə” adlı kitaba müqəddimə yazıb

AMEA-nın Ədəbiyyatı Muzeyi tərəfindən "Bir dünya rəssamı Rəis Rəsulzadə" adlı kitab Türkiyə türkcəsində çap olunub. Kitabda Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəis Rəsulzadənin rəsm əsərləri yer alıb. Akademiyadan "Olaylar" - a bildirlib ki, Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov yeni nəşrə müqəddimə yazıb. "Adında və qələmində işıq daşıyan" başlıqlı giriş sözündə böyük mütəfəkkir, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olan Rəis Rəsulzadənin insani keyfiyyətləri, həyat və fəaliyyətinin əsas məqamları və rəssamlıq fəaliyyətindən bəhs olunub.

Böyük istedad sahibi Rəis Rəsulzadə ürəyi min bir məhəbbət teli ilə xalqa bağlı olan bir nəslin nümayəndəsidir. O, 1946-cı ilin noyabrında Qazaxıstanın Almatı şəhərində dünyaya göz açmışdır. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, 1978-ci ildən həmin ali məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır.

1978-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən R.Rəsulzadənin əsərləri ABŞ, Türkiyə, Rusiya və Kuba kimi ölkələrdə təşkil olunan  beynəlxalq sərgilərdə təqdim olunmuşdur.

Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi "Çinarlar", "Çaykənd yağışdan sonra", "Quşçular kəndi", "Abşeronda", "Kəpəz və Murovdağ", "Dəniz kənarında qəsəbə", "Şəkidə bahar", "Şahdağ" kimi əsərləri Azərbaycan rəssamlıq sənətinin incilərindəndir.

Akademik R.Hüseynov müqəddiməni aşağıdakı misralarla tamamlayıb:

Axı o, Rəsulzadədir, axı o, rəmzdir!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR