Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə intellektual yarış

Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki, seçim turuna həsr olunmuş video-çarxın nümayişi ilə başlayan tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq görkəmli oftalmoloq alimin xatirəsinə həsr olunmuş intellektual oyunları yüksək qiymətləndirib.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilən intellektual yarışdan, o cümlədən görkəmli oftalmoloqun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb. Yasamal rayonu İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Zərifə Əliyevanın doğum günü münasibətilə rayonun müxtəlif təşkilatlarında keçirilən tədbirlərdən bəhs edib.

Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. I yerin qalibi olan "Sumqayıt" komandasına "Qələbəyə doğru" kuboku təqdim edilib. II yeri "Goranboy", III yeri isə "Sabirabad" komandaları tutub. Digər komandalara isə həvəsləndirici diplomlar təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR