“İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”inin təqdimatı olub

Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "İslam Həmrəyliyi ili" çərçivəsində "İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət" kitabının təqdimatı keçirilib.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, "Multikulturalizm" və "Türkologiya" jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq təqdim edilən ensiklopedik lüğəti keçmişlə günümüzü birləşdirən körpü kimi səciyyələndirib. Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən təqdimat tədbirində sözügedən Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, professor İmamverdi Həmidov, AMEA- nın  Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, professor Habil Qurbanov, fəlsəfə doktoru Aqil Şirinov, BBMM-in şöbə müdiri Rəşad İlyasov, AMEA-nın elmi işçisi Əli Fərhadov çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR