Zaqatalada 60 sakinə çıxarış təqdim olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəindən həyata keçirilən "Kütləvi çıxarış" kampaniyası 21 aprel  tarixində Zaqatala rayonu və onun bir neçə kəndində baş tutub. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi  "Kütləvi çıxarış" kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin biçin yerlərində də keçirir. Kampaniya vətəndaşların  vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR