BANM daha bir beynəlxalq müqavilə imzalayıb

Bakı Ali Neft Məktəbinin rəhbərliyi Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib, məktəbdə xaricdə fəaliyyətini genişləndirən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlandığını bildirib. ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd qeyd edib ki, ATKINS Global-ın fəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri göstərir. Sonda BANM və ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR