Gəncədə MDB ölkələrinin Rektorlar Şurasının iclası keçirilib

"MDB ölkələrinin aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi və kadr hazırlığı" problemi üzrə aparıcı ali təhsil müəssisələri rektorlar şurasının Gəncədə ikinci iclası olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən şuranın iclasında iştirak etmək üçün MDB-nin 7 ölkəsindən nümayəndələr - ali məktəb rektorları, prorektorlar, professorlar Gəncəyə gəlib. İclasa, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, elmi-tədqiqat institutlarının nümayəndələri, fermerlər və alimlər də qatılıb. Rektorlar şurasının icraçı sədri İbrahim Cəfərov şuranın tərkibində dəyişikliklər haqqında məlumatı iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin "Azərbaycan Respublikasında fitosanitar problemlərin həllində yeni yanaşmalar", "HH Group" şirkətlər qrupunun prezidenti Hüseyn Hüseynovun "Fermer təsərrüfatlarında bitki mühafizəsinin mövcud vəziyyəti" mövzularında məruzələri dinlənilib.Sonda məruzə və təkliflər nəzərə alınaraq əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında elm və təhsilin rolunun artırılması istiqamətində tövsiyələr hazırlanıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR