Bələdiyyə vergiləri haqqında qanun da dəyişdirilir

Milli Məclisin Regional məsələlər komitəsinin aprelin 21-də  keçirilən iclasında "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihələri müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, komitə sədri Arif Rəhimzadə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi ətrafında yaranan sualları cavablandırıb. O, bildirib ki, bu qanun layihəsi qəbul edildikdən sonra, o,  "Bələdiyyələrin statusu haqqında" qanunla birgə tətbiq olunacaq.

Qeyd edək ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsində redaktə xarakterli düzəlişlər edilib. Layihədə yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir. Hər iki layihə Milli Məclisin  plenar iclasına tövsiyə olunub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR