Qadın sahibkarlar Bakıda toplaşacaqlar

Aprelin 25-də "Boulevard Hotel Baku"  mehmanxanasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası tərəfindən "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər"   mövzusunda beynəlxalq  konfrans keçiriləcək. "Olaylar" xəbər verir ki, konfransın keçirilməsində məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqların qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivlərin müəyyən edilməsidir. Konfrans çərçivəsində  "Qadın sahibkarlığının inkişafı  iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi :  sahibkarlığa  göstərilən dövlət dəstəyi mexanizmləri", "Qadın sahibkarlığının inkişafında yeni meyllər:  müsbət  tendensiyalar,  təşəbbüslər və  qazanılmış təcrübə", "Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi" mövzular üzrə sessiyalar təşkil olunacaqdır. Tədbirdə yüksək səviyyəli dövlət məmurlarının və nüfuzlu qonaqların, eləcə də  Türkiyə, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, İsveç Mərakeş Krallığı, Cənubi Koreyadan olan  nüfuzlu qonaqların iştirakı planlaşdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR