İsmayıllı rayonunda 3 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, İsmayıllı rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. S.Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının, onların yeni mənzillərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu bildirib.  Qeyd olunub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq  bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yaşayış şəraitinə malik yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Ümumilikdə keçən il və cari ilin ötən dövründə 310-dək yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq  təmir olunması işləri davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR