Komitə sədri: “Tənqidinizə görə təşəkkür edirəm”

"Mən millət vəkillərinin  bələdiyyə qanunvericiliyi ilə bağlı tənqidi çıxışlarına görə, onların hamısına təşəkkür edirəm. O cümlədən, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi ilə bağlı səsələndirdikləri tənqidi fikirlərə görə". "Olaylar" xəbər verir ki, bu fikri Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə rəhbərlik etdiyi komitənin iclasında "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı deputatların səsləndirdiyi irad və təkliflərə mövqeyini  sərgiləyrəkən deyib. Onun sözlərinə görə, millət vəkillərinin bələdiyyə qanunvericiliyi ilə bağlı səsləndirdiyi  tənqidi fikirlər bələdiyyələrə böyük marağın və diqqətin  göstəricisidir: "Ona görə də bələdiyyə qanunverciliyilə bağlı tənqidi fikir səsləndirən bütün millət vəkillərinə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, əgər bələdiyyələrə belə bir diqqət varsa,  gələcəkdə bu qurumun inkişafına da yardım olacaq". Komitə sədri parlamentin plenar iclasında qanun layihəsinin birinci oxunuşu zamanı səslənən  təklif və tənqidi fikirlərin  bir   qisminin   ikinci oxunuşda nəzərə alındığını da qeyd edib:"Orada səslənən əksər təklif və tövsiyələrin əkəsriyyəti isə bələdiyyələrin fəaliyyəti ilə bağlı digər qanunvericilik aktlarında öz əksini tapıb". Qanun layihəsi sonra ikinci oxunuş üçün parlamentin plenar iclasına  tövsiyə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR