Respublikan çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a bildirilib ki,verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 21-də tranzit çaylarda hazırki vəziyyət  - Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 374 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 345 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyət - Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 20, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 23 sm azalma, Şirvanda 2, Salyanda 3 sm artım qeydə alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR