Uşağın tərbiyəsinə ziyan vuran hallar aradan qaldırlır

Uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq  pis vərdişlərin təlqin olunmaması məqsədi ilə"Uşaqların hüquqları haqqında" qanuna  dəyişiklik  edilir. "Olaylar"  xəbər verir ki, Milli Məclisin (MM) Ailə, qadın  və uşaq məsələləri üzrə komitəsinin iclasında  "Uşaqların hüquqları haqqında" qanuna dəyişiklik məsələsi müzakirə olunub. Qanuna nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən  MM-in Ailə, qadın  və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki,  sənəd uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların  təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Bu məqsədlə də  "Uşaqların hüquqları haqqında" qanuna  "Reklamda uşaqların müdafiəsi" adlı yarımbaşlıqlı əlavə nəzərdə tutulur. Bu, eyni zamanda, "Reklam haqqında" qanuna uyğunlaşdırılma məqsədi daşıyır". "Reklamda uşaqların madafiəsi" yarımbaşlıqlı əlavəyə gəlincə, burada  uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq  məqsədi ilə bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, valideyninin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarəı zəiflədən məlumatların verilməsi; başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması; həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə; uşaqlara aid olmayan əmtənin onlar üçün nəzərdə tutulan reklamlarda yerləşdirilməsi; yayımlanan reklamalrda  uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması; uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi kimi  əlavələr qanunda öz əksini tapıb. Müzakirələrin yekunu olaraq qanuna nəzərdə tutulan dəyişikliklər MM-in plenar iclasına tövsiyə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR