SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilmişdir

Ekologiya İdarəsi tərəfindən SOCAR və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında imzalanmış "Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı" (NAMA) çərçivəsində "Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri" mövzusunda təlim-seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda iqlim, enerji və binaların enerji səmərəliliyi (əsas prinsiplər), inteqrasiya edilmiş bina dizaynı və enerji simulyasiyaları, dünyada yüksək effektivli bina nümunələri mövzusunda təqdimatlar olub. Təlim-seminarda "Azneft", "Azəriqaz", "Azərikimya" Istehsalat Birlikləri, emal müəssisələri, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR