Türkiyə mətbuatı Azərbaycanın turizm imkanlarından yazdı

Türkiyənin ən populyar mətbuat orqanlarından olan "Hürriyyət" qəzetində Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki Türkiyədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın "Azərbaycan türk turistləri gözləyir" adlı geniş məqaləsi dərc olunub. "OLAYLAR"-ın xəbərinə görə, müəllif Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyini, paytaxt Bakının daha da gözəlləşdiyini qeyd edir. Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə olmadığı, qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazandığı vurğulanır Qeyd olunur ki, nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilir, bu kontekstdə "Türkləri Azərbaycanda gözləyirik" və "Sən də Azərbaycanı gör" adlı kampaniyaya start verilib. Diqqətə çatdırılır ki, alış-veriş mərkəzi kimi xarici turistlərin diqqətini çəkən Bakıda aprelin 10-dan mayın 10-dək Ticarət festivalı ("shopping festival") keçirilir. Festivalda alıcılar "Tax free" sistemindən (ƏDV-nin qaytarılması) yararlana bilərlər. Məqalədə çox güclü dostluq və qardaşlıq bağları olan Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq investisiya yatırıldığı vurğulanır. Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi əsas gəlirlərini neft və qaz hasilatından əldə etsə də, iqtisadiyyatın qeyri-neft sektorunda isə turizmin önəmli sahə kimi inkişafı qeyd olunur. O da bildirilir ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR