“Tros oğrusu”na cinayət işi açılacaq

Qüdrət Şükürovun idarəsində Hesablama Palatası yoxlama aparmayıbmı?

Qızına 400 min dollara təmtaraqlı toy edən,  zəngin və dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı cinayət işi açılacaq. "Olaylar"a daxil olan məlumata görə, artıq Q.Şükürovun qanunsuz fəaliyyətinin araşdırılması məqsədilə Bakı Lift İdarəsində istintaq-əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Mənbənin verdiyi məlumata görə, belə bir qərarın qəbul edilməsinə səbəb Q.Şükürovun rəhbərlik etdiyi idarəyə dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, həmin vəsaitin təyinatı üzrə xərclənməyərək müxtəlif vasitələrlə silinməsi barədə məlumatın əldə edilməsi olub. Belə ki, Q.Şükürovun 2003-cü ildən bəri dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaiti şəxsi və ailə maraqları üçün xərclədiyi söylənilir. Bu zaman belə bir sual yaranır: Nədən indiyə qədər Hesablama Palatası da daxil olmaqla digər yoxlayıcı orqanlar tərəfindən  Bakı Lift İdarəsində yoxlama aparılmayıb? Əgər belə bir yoxlama aparılıbsa, nədən sözügedən idarədə baş verən qanunsuzluqlar üzə çıxarılmayıb, nəhayət əgər qanun pozuntusu aşkar edilibsə, niyə ictimaiyyətə açıqlanmayıb? Nəzərə almaq lazımdır ki, söhbət Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan,  eləcə də dövlət büdcəsindən müxtlif məqsədlər üçün  ayrılan milonlarla manat vəsaitdən gedir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR