“Misir Azərbaycan uşaqlarının gözü ilə”

Frankofoniya həftələri çərçivəsində Fransa-Azərbaycan İnstitutunda "Misir Azərbaycan uşaqlarının gözü ilə" adlı sərgi açılıb. Misir Ərəb Respublikasından "Olaylar" - a bildirilib ki, sərgini çıxış sözləri ilə açan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, Frankofoniya tədbirləri çərçivəsində aprel ayının 1-dən etibarən bu günə qədər silsilə tədbirlər davam etdirilir. "Bu il Frankofoniya ab-havası çox fərqli və rəngarəngdir. Artıq 10 ölkənin Azərbaycandakı səfirliklərinin iştirakı ilə 30-dan çox tədbir keçirilib. Təbii ki, Misir də bu təşkilata üzv dövlət kimi keçən il də, bu il də bu tədbirlərdə yaxından iştirak edir" , - deyə Əhməd bəy bildirdi.

Sərgidə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez böyük maraqla qarşılanan Beynəlxalq Frankofoniya həftələrinin gələcəkdə də keçiriləcəyinə əmin olduğunu və Frankofoniya həftələrinin mədəniyyətlərarası dialoqun inkişafına çox böyük töhfə verdiyini vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR