Məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə olunub. 189-190 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, paytaxtın təhsil ictimaiyyətinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. İdarə müdiri tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri və digər mövzular haqqında fikirlərini bildirib, bu istiqamətlər üzrə məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən söhbət açıb. Görüşdə müzakirə olunan məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR