Bilik Fondunda “Hay ver mənə, cənab leytenant”

Bilik Fondunda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aprel şəhidi Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş "Hay ver mənə, cənab leytenant" kitabının təqdimatı keçirilib.

Fonddan "Olaylar" - a bildirilib ki, təqdimatdan öncə Bilik Fondunun əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq 2016-cı ilin aprel hadisələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra "Azərbaycan Bayrağı" Ordeninə layiq görülmüş Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyat yoluna işıq salan bu kitabın ərsəyə gəlməsində əməyi olanlara münnətdarlığını bildirib.  Çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas qəhrəman oğullarımızın şücaətindən bəhs edən kitabların geniş təbliğatının aparılmasının zəruriliyini vurğulayıb. Yazıçı-publisist Flora Xəlilzadə belə kitabların orta və ali təhsil müəssisələrində, hərbi hissələrdə yayılmasının vacibliyini vurğulayaraq, şəhidlərimizin keçdiyi yolun bir qəhrəmanlıq məktəbi olduğunu dilə gətirib.

Şəhid baş leytenant Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova və şəhid pilot mayor Təbriz Musazadə adına Tədris İncəsənət Mərkəzinin direktoru, şəhid xanımı Pərişan Musazadə və belə tədbirlərin əhəmiyyətini vurğulayaraq vətən uğrunda canından keçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağını deyiblər.

Qeyd edək ki, kitabın rəyçisi, ehtiyatda olan polkovnik leytenant Qabil Nəsibovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR