Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalandı

Aprelin 20-də Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Fonddan "Olaylar" - a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın imzaladıqları Anlaşma Memorandumuna görə, tərəflər hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlər həyata keçirəcək.

İmzalanma mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti rəhbərlik etdiyi qurumun əməkdaşları, Fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə cəlb olunacaqlar.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Bilik Fondunun bir neçə tədbirlər həyata keçirdiyini diqqətə çatdıraraq, qarşılıqlı əməkdaşlığın Memorandum imzalanması səviyyəsinə qədər yüksəlməsindən məmnun olduğunu deyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR