Doktoranturaya qəbulun nəticələri müzakirə edilib

Aprelin 20-də AMEA - nın Rəyasət Heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin doktorantları ilə görüş keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub və doktorantların dissertasiya mövzuları haqqında məlumat verilib.
Görüşdə dissertasiya mövzularının doktorantlara verilməzdən öncə tədqiqat müəssisələrində müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyi vurğulanıb. Mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsi tövsiyə olunub. Doktorantların dissertasiya mövzusu müzakirələrdən sonra təsdiq edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR